Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:37

İsrail səfirliyi qarşısında aksiya -[Video]


-
Polisin qanuni tələblərinə əməl etmədiyi üçün İsrail səfirliyi qarşında saxlananlardan 6 nəfərin işi məhkəməyə göndərilib.

Bu barədə AzadlıqRadiosuna Daxili İşlər Nazirliyinin əməkdaşı Ehsan Zahidov məlumat verib. Onun dediyinə görə, saxlananların qalanı isə xəbərdarlıq edildikdən sonra buraxılıb.

BAKIDA «QÜDS GÜNÜ»

Avqustun 2-də İsrailinin Bakıdakı səfirliyi qarışında aksiyaya cəhd olub.

Aksiya iştirakçıları «Amerikaya yox», «İsrailə yox», «Qarabağ və Qüdsə azadlıq» şüarları səsləndiriblər. Polis aksiyanın qarşısını alıb və iştirakçıların bəzilərini saxlayıb.

Saxlanılanlar arasında azyaşlılar və qadınlar olub.
Hər il Ramazan ayının sonuncu cümə günü «Qüds Günü» kimi qeyd olunur.

Hələlik İsrailin Bakıdakı səfirliyindən bu aksiya ilə bağlı heç bir reaksiya yoxdur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG