Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:27

Sumqayıtda silahlı insident olub


-
Avqusutun 2-nə keçən gecə Sumqayıtın 16-cı mirkorayonda silahlı insident olub.
Hadisəni törətməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Cavid İsa oğlu Muradov saxlanılıb. O, ev sahibinin keçmiş kürəkənidir.
Bölmə rəisi Taleh Məmmədov AzadlıqRadiosuna bildirib ki, hadisənin hansı səbəbdən baş verməsi araşdırılır. O, hazırda hadisə yerində dindirmə apardığından ətraflı danışa bilməyib.

Hadisə zamanı xəsarət alan olmayıb.
Ötən gecə Sumqayıt sakini Amid Vaqif oğlu Fərzəliyev evinə odlu silahla atəş açılması haqda polisə məlumat verib. Hadisə yerinə Sumqayıt şəhər Polis İdarəsinin əməliyyat qrupu çıxıb. Araşdırmalar zamanı məlum olub ki, evə “Vinçestr” markalı silahdan atəş açılıb. Evin həyətindən bir neçə giliz götürülüb.
Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG