Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:46
-
Qəbələ sakinləri avqustun 2-dən 15-dək "Asan Səyyar Xidmət"dən istifadə edə bilərlər.
Səyyar şəkildə Ədliyyə, Daxili İşlər Nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə, Əmlak Məsələləri üzrə Dövlət Komistələri, eləcə də Dövlət Sosial Müdafiə Fondu ilə bağlı işlərini, sənəd və digər işləmləri səyyar şəkildə həyata keçirə bilərlər. Məsələn, bura yaxınlaşmaqla qısa müddətə şəxsiyyət vəsiqəsini dəyişə və ya xarici pasport ala bilərlər.
Asan Xidmətdən verilən məlumata görə, Qəbələ, eləcə də ətraf qəsəbələrdən sakinlərə saat 10:00-dan 18:00-ə kimi xidmət göstəriləcək.
"ASAN Səyyar Xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
İndiyə kimi Quba, Şirvan, Sabirabad, Şamaxı, Qobustan, Salyan, İsmayıllı rayonunda İsmayıllı, Astara rayonunda isə Astara rayonunun sakinlərinə "ASAN Səyyar xidmət" göstərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG