Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:12
-
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, sədrinin II qrup üzrə 23 mindən çox abituriyent ərizə təqdim edib. Onlardan 20 min 544 nəfəri Azərbaycan bölməsinin, 2 min 508 nəfəri rus bölməsinin məzunudur. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 123 abituriyent xarici ölkələrin vətəndaşıdır. 92 abituriyent isə ali təhsillidir.
Bu qrup üzrə ərizə təqdim edən ən yaşlı abituriyent 57 yaşlı, ən gənci isə 15 yaşlı var.
İmtahan 11 şəhərdə – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Qubada keçiriləcək.
Ümumilikdə 42 binada keçiriləcək imtahanların idarə olunmasına 174 imtahan rəhbəri, 1869 nəzarətçi-müəllim cəlb olunacaq. İmtahanın gedişini işıqlandırmaq üçün 70-dək KİV nümayəndəsi TQDK-da akkreditasiyadan keçib.
Bununla da 2013-2014-cü tədris ili üzrə ali və orta ixtisas məktəblərinə qəbul imtahanı başa çatır. II ixtisas qrupu üzrə imtahan nəticələri açıqlandıqdan sonra bütün qruplar üzrə ixtisas seçimi avqustun 6-dan 15-dək internet vasitəsilə aparılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG