Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:46

Gəncədə YAP-a yeni sədr təyin edilib


Naqif Həmzəyev
Naqif Həmzəyev
-
Yeni sədr Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının VIII konfransında elan edilib.

Bildirilib ki, təşkilatın sədri İsrafil İsmayılov öz ərizəsi ilə vəzifəsindən azad edilib və o, Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru vəzifəsinə təyin olunub.
YAP-ın Gəncə şəhər Təşkilatının sədri vəzifəsinə, Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının müavini Naqif Həmzəyevin namizədliyi verilib və o yetkin səslə bu vəzifəyə seçilib.
Konfransda səslənən fikirlərə görə, YAP-ın qərb bölgəsində 246 ərazi təşkilatında 26 min 774 nəfər partiya nümayəndəsi var.
XS
SM
MD
LG