Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:36
ABŞ-ın Azərbaycandakı səfirliyi avqustun 1-də Ramazan ayı ilə əlaqədar iftar mərasimi təşkil edib.

AzərTAc-ın məlumatına görə, iftar mərasimində rəsmi şəxslər, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini icmaların nümayəndələri və diplomatik korpusun rəhbərləri iştirak ediblər.

Riçard Morninqstar tədbir iştirakçıları və Azərbaycan xalqını qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG