Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:20

Vəkil Qurban Məmmədovun həbs müddəti 1 ay uzadılıb


Qurban Məmmədov
Qurban Məmmədov
-
Avqustun 1-də Nəsimi rayon Məhkəməsində vəkil Qurban Məmmədovun həbs müddəti 1 ay uzadılıb.

Xəbəri AzadlıqRadiosuna Qurban Məmmədovun vəkili Cavad Cavadlı verib:

«Başqa bir şey gözləmirdik. İstintaq həbs müddətinin iki ay uzadılmasını istəyirdi, məhkəmə 1 ay uzatdı. Heç bir istintaq hərəkəti də aparılmır. Yalnız avtotexniki ekspertiza təyin olunub. Onun rəyini gözləyirlər. Ancaq bu da Qurban Məmmədovun həbsdə saxlanmasına əsas ola bilməz».

Qurban Məmmədov iyunun 4-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs edilib. O, Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham olunur.

Müdafiə tərəfi onun həbsinin siyasi sifarişli olduğunu bildirir.
XS
SM
MD
LG