Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:22

Culfa gömrüyündən bağırsaqlarında narkotik keçirmək istədilər…


Foto: Arxiv

Foto: Arxiv

-
Culfa gömrük məntəqəsindən Naxçıvana narkotik keçirmək istəyən iki nəfər Bakı şəhər sakini saxlanıb.

Bu haqda Naxçıvan Muxtar Respublika Gömrük Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, həmin şəxslər Biləsuvar keçid məntəqəsindən İran ərazisinə, ordan da Naxçıvana keçiblər. Onlar keçirəcəkləri narkotik vasitəni İranda əldə ediblər. Məlumatda bildirilir ki, Bakı sakinləri narkotik vasitəni daxili orqanlarında gizlədərək keçirməyə cəhd ediblər. Onların düz bağırsağından ümumi çəkisi 160 qram olan tiryək və həşiş aşkar edildiyi bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.
XS
SM
MD
LG