Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:28
ABŞ-ın nümayəndələr palatası İrana qarşı yeni sanksiyalar nəzərdə tutan qanun layihəsi qəbul edib.Sənəddə xüsusilə il ərzində İrandan neft ixracının gündə 1 milyon barel azaldılması nəzərdə tutulur.

Senatın bu məsələyə sentyabrda baxacağı gözlənilir.

Sənədin qəbulu yeni İran prezidenti Hasan Rouhaninin andiçmə məraqsiminə bir neçə gün qalmışa təsadüf edir.

ABŞ və bir sıra qərb ölkələri İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırırlar.Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG