Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:54
Vaşinqton təhlükəsizlik məsələsi ilə bağlı yenidən Pakistanla strateji dialoqa başlayır.

Bunu ABŞ Dövlət katibi John Kerry İslamabadda Pakistanın xarici işlər müşaviri Sertac Əzizlə (Sartaj Aziz) keçirdiyi mətbuat konfransında bəyan edib.Kerry tərəflərin münasibətləri yaxşılaşdırmaq fikrində olduqlarını qeyd edib.

2011-ci ildə ABŞ-ın Pakistanda Usama Bin Ladenin ələ keçirilməsi ilə bağlı keçirdiyi əməliyyatdan sonra tərəflər arasındakı münasibətlər soyuqlaşıb.Pakistan həmçinin pilotsuz təyyarələrin onun ərazisində terrorçulara qarşı keçirdiyi reydlərə suverenliyinin pozulması kimi baxır.

Kerri mətbuat konfransında həmçinin hər iki ölkənin Əfqanıstanın sabitliyində maraqlı olduqlarını qeyd edib.

O həmçinin bundan əvvəl Pakistanın baş naziri Nawaz Shariflə görüşüb.

Bu Dövlət katibi kimi Kerrynin Pakistana ilk səfəridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG