Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:45

Müdafiə Nazirliyinin «Azadlıq» qəzetinə qarşı məhkəməsi olub


Avqustun 1-də Yasamal rayon məhkəməsində Müdafiə Nazirliyinin «Azadlıq» qəzeti və qəzetin əməkdaşı Xaqani Əliyevə qarşı qaldırdığı iddia üzrə məhkəmə olub.

İddia bu il martın 20-də «Azadlıq» qəzetində çıxan «Ordu, yoxsa can bazarı?» sərlövhəli yazıya görə qaldırılıb.

Müdafiə Nazirliyi «Azadlıq» qəzetinin təkzib verməsini, qəzetdən və Xaqani Əliyevdən ümumilikdə 100 min manat məbləğində təzminat tutulmasını, vəsaitin Silahlı Qüvvələrə Yardım Fondunun hesabına köçürülməsini tələb edir.

Cavabdehlərin hərəkətlərində cinayət əlamətlərinin olduğunu iddia edən şikayətçi tərəf qəzet və yazı müəllifi barəsində xüsusi qərardad çıxarılması tələbini də irəli sürüb.

Məhkəmə prosesi avqustun 19-da davam edəcək.
XS
SM
MD
LG