Keçid linkləri

Naxçıvan televiziyası aktual problemlərə toxunacağını deyir…


Foto: Arxiv

Foto: Arxiv

-
«Naxçıvan Dövlət Teleradiosu (NTV) cəmiyyətin aktual problemlərinə diqqəti artıracaq».

Bu sözləri həmin televiziyanın rəhbəri Sahil Tahirli iyulun 31-də keçirilən kollegiya iclasında deyib. O bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında kütləvi informasiya vasitələri qarşısında qoyulan vəzifələr Naxçıvan Dövlət Teleradiosunun əsas fəaliyyət istiqaməti olacaq.

«NTV «HEYDƏR ƏLİYEV İLİ»NƏ ÖZ TÖHFƏLƏRİNİ VERƏCƏK»

Sahil Tahirli çıxışında bildirib ki, bunun üçün onların həm texniki, həm də yaradıcılıq potensialları var:

«İctimai nəzarətçi olan Naxçıvan Dövlət Teleradiosu bundan sonra da fəaliyyətini yeni dövrün tələblərinə uyğun quracaq, cəmiyyətin aktual problemlərinə diqqəti artıracaq. Tamaşaçıların və dinləyicilərin informasiya tələbatını ödəməyə çalışacaq, müxtəlif peşə sahibi və sosial təbəqədən olan insanların zövqünə və maraqlarına cavab verən cəlbedici proqramlar hazırlayacağıq. Bununla da NTV «Heydər Əliyev ili»nə öz töhfələrini verəcəkdir».

Naxçıvan Ali Məclisin sədri Vasif Talıbov muxtar respublikada fəaliyyət göstərən KİV-ləri tənqidi materiallar hazırlamağa çağırmışdı. Elman Abbasov

Elman Abbasov

O, bu çağırışı iyulun 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında etmişdi.

«İNANMIRAM Kİ, NTV KÖHNƏ STANDARTLARINDAN ÇIXIB…»

Jurnalist Elman Abbasov isə Naxçıvanda hansısa mətbuat orqanının tənqidi material hazırlamaq cəsarətində olmadığını bildirir:

«Ola bilsin ki, NTV hansısa kiçik problemləri işıqlandıra bilər. Bunun da adını qoyacaqlar tənqid. Yaxud da hansısa məmuru «vurmaq» istəyəndə bu yolu seçirlər. Bu gün Naxçıvanda cəmi bir televiziya var. Əslində həmin televiziya seçki öncəsi ictimai televiziya rolunu oynamalıdır. Debatlar təşkil eləməli, müxtəlif partiyaların nümayəndələrini, ictimaiyyət nümayəndələrini həmin debatlara dəvət etməlidir. Naxçıvanda ən çox insan hüquqları kobud şəkildə pozulur. Bununla bağlı verilişlər hazırlasar təqdirəlayiq olar. Mən inanmıram ki, NTV köhnə standartlarından çıxıb, yeni dövrlə ayaqlaşmağa çalışacaq».
XS
SM
MD
LG