Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:58

AZAL hamilə və körpələrə yeni daşınma qaydalarını tətbiq edir


Avqustun 1-dən «Azərbaycan Hava Yolları» QSC (AZAL) hamilə və zahı qadınların, həmçinin təzə anadan olan körpələrin yeni daşınma qaydalarının tətbiqinə başlayıb. Bu barədə AZAL-ın rəsmi səhifəsində məlumat yerləşdirilib.

Bundan sonra gələcək analar hava nəqliyyatından istifadə edərkən özlərinin və körpələrinin əhvalından asılı olaraq, həmçinin özlərinin və bətnindəki uşaqların sağlamlıqlarına ehtimal olunan təhlükənin olduğunu nəzərə alaraq hava nəqliyyatından istifadə etmələrini özləri müəyyənləşdirə biləcəklər.

AZAL-ın aviareysləri ilə 32 həftəlik hamilələrə, həmçinin doğuşdan sonra 7 günədək olan zahı qadınların daşınmasına icazə verilmir.

Təzə anadan olan körpələr isə doğuşdan 7 gün sonra anası, atası və ya körpəyə məsuliyyət daşıyan şəxsin müşayiəti ilə AZAL-ın aviareyslərinə buraxılır.

Hamiləliyin 26-cı həftəsindən sonra (32-ci həftə daxil olmaqla) sərnişin aviaşirkətin rəsmi nümayəndəsinə qadını müalicə edən həkimdən onun sağlamlığı haqqında, hamiləliyin müddəti və onun növü (bətnində neçə körpənin olduğu), hamiləliyin patologiyasının olub-olmaması, uşaqsalma və ya vaxtından əvvəl doğuş təhlükəsinin olmamasını təsdiq edən arayış təqdim etməlidir.
XS
SM
MD
LG