Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 05:29

5 gün həbsxanada unudulan gənc 4,1 milyon dollar təzminat alır


CNN telekanalından görüntü
CNN telekanalından görüntü
-

ABŞ-ın Kaliforniya Ştatında 25 yaşlı tələbə 5 gün haqsız yerə həbsxanada saxlandığı məlum olub. Məhkəmənin qərarı ilə yerli hökumət buna görə ona 4,1 milyon dollar təzminat ödəməlidir.

Amma bu 5 gün Daniel Chong-a baha başa gəlib.

CNN televiziyasının məlumatına görə, 2012-ci ilin aprelində San Dieqo şəhərində polis narkotiklərlə bağlı əməliyyat keçirib. Həmin əməliyyat zamanı Daniel Chong-la birlikdə bir neçə nəfər saxlanıb. Onları təkadamlıq kameralara salıblar.

Ertəsi gün saxlananların hamısı dindirilmədən sonra buraxılsa da, Daniel Chong unudulub.

Pəncərəsi, tualeti olmayan bir otaqda unudulan gəncin səsinə səs verən olmayıb: “Dəhşət qorxdum, az qala dəli olurdum” – deyə, gənc jurnalistlərə bildirib.

5 gün ərzində unudulan gənc susuzluqdan ölməmək üçün öz sidiyini də içməli olub, 4 kilo arıqlayıb. Yaxınları deyir, keçirdiyi şokdan gəncin ruhi vəziyyəti də yerində deyil. Üstəlik, onun saxlanmasına heç bir səbəb olmayıbmış.

Yerli polis idarəsi bu səhvə görə gəncdən üzr istədiyini açıqlayıb. Məhkəmənin qərarına əsasən, yerli hökumət ona 4,1 milyon dollar təzminat ödəyəcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG