Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:35
-
18:10 - 5 NƏFƏRİ BURAXDILAR

Avqustun 1-də Kürdəmir bazarında baş verən aksiyaya görə yerli polis şöbəsində saxlanan 5 nəfər sərbəst buraxılıb.

Aksiyada bir qrup kiçik sahibkar iştirak edib. Onlar bazarda yerpulunun bir neçə dəfə artmasına etiraz ediblər.

Bazarın deputat Fərhad Qəribovun oğlu Elnur Qəribova məxsus olduğu bildirir.

Fərhad Qəribov da bu gün polis şöbəsinə gedibmiş. Şöbədən çıxandan sonra o, AzadlıqRadiosuna deyib ki, bazar həqiqətən onun oğluna məxsusdur. Ancaq bazarda heç bir qiymət artımı olmayıb, baş verənlərdən də xəbəri yoxdur.

15:00 - AKSİYAYA GÖRƏ 8 NƏFƏR POLİSƏ APARILIB

«Kürdəmir bazarında baş verən aksiyaya görə 8 nəfər polis şöbəsinə gətirilib. Onların arasında mən və yerli hüquq müdafiəçisi Lətafət Məlikova da var».

Bunu AzadlıqRadiosuna hazırda polis şöbəsində olduğunu deyən Müsavat Partiyası Kürdəmir rayon təşkilatının sədr müavini Baha Mikayılov deyib. O, aksiyada iştirak etməsə də saxlandığını bildirib:

«Ad qoyurlar ki, təşkilatçı bizik. Avqustun 5-də İlham Əliyevin Kürdəmirə gəlməsi gözlənilir. Narahatdırlar ki, birdən bu günkü aksiyanın davamı olar. Ona görə camaatı tutub, gətiriblər. Hamı haqqında inzibati protokol tərtib olunur. Buraxılıb-buraxılmayacağımızı bilmirik».

Kürdəmir rayon polis idarəsinin növbətçi hissəsindən bildirdilər ki, baş verənlərlə bağlı araşdırma gedir.

12:00 - KÜRDƏMİRDƏ ETİRAZ AKSİYASI KEÇİRİLİB

Avqustun 1-də Kürdəmirdə bir qrup kiçik sahibkar etiraz aksiyası keçirib. Onlar bazarda yerpulunun bir neçə dəfə artırılmasına etiraz ediblər.

Bu haqda AzadlıqRadiosuna hadisə yerində olmuş yerli hüquq müdafiəçisi Lətafət Məlikova məlumat verib:

«Adamlar yerpulunun artmasına etiraz edirdilər. 300 nəfər sahibkar dəmiryolunu kəsdi. Polis hadisəyə müdaxilə etdi, 3 nəfər saxlanılıb».

MƏİŞƏT ZƏMİNİNDƏ MÜBAHİSƏ?

Kürdəmir rayon polis idarəsinin növbətçi hissəsindən bildirdilər ki, baş verənlərlə bağlı araşdırma gedir, başqa məlumat verə bilməzlər.

Ehsan Zahidov

Ehsan Zahidov

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov AzadlıqRadiosuna bildirib ki, bu gün Kürdəmir bazarında məişət zəminində mübahisə olub:

«5-10 adama köhnə aylardan qalan borcların ödənməsi ilə bağlı xəbərdarlıq olunub. Onlar da bazarın qarşısına yığışıb. Ərazidə xidmət edən bir neçə polis onlarla profilaktik söhbət aparıb. Onlar da dağılışıb. Mübahisəyə səbəb olmuş məsələ də hazırda araşdırılır. Xəsarət alan, polis tərəfindən saxlanan, dəmiryolunu bağlayan olmayıb, bunlar uydurmadır».

Kürdəmir bələdiyyəsinin sədri Nizami Qəribov isə AzadlıqRadiosuna deyib ki, «bu, bir neçə müxalifətçinin işi olub, hazırda sakitlikdir».

Şərhləri göstər

XS
SM
MD
LG