Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:48

Mobil operatorlara xəbərdarlıq olundu


Hökumət tərəfindən maliyyələşdirilən idarəetmə sistemi hələ bir il öncə hazır olmasına baxmayaraq, ölkədə fəaliyyət göstərən mobil operatorlar bu günə qədər öz üzərinə düşən texniki məsələləri icra etmədiyindən «Mobil Nömrələrin Daşınması Sistemi»nin tətbiqi ləngiyir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan işlərin icra olunmaması səbəbindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə maddi ziyan vurulub.

Bununla əlaqədar mobil operatorlara növbəti xəbərdarlıq olunub və dəymiş ziyanın ödənilməsi üçün məhkəmə orqanlarına müraciət olunmasına hazırlıq işlərinə başlanılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG