Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:27

Yayda Bakıda 49 nəfəri həşərat, 15 nəfəri isə ilan sancıb


«Ötən ay paytaxt Bakıda 8 nəfəri ilan sancıb. Onlardan 7-si xəstəxanaya yerləşdirilib, 1 nəfər isə ilkin tibbi yardım göstərilib».

Bu açıqlamanı APA-ya Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev verib. O bildirib ki, yay mövsümü başlayandan bu günə kimi Bakıda ümumilikdə 15 nəfəri ilan sancıb.

O. Şahmalyev Bakıda qeydə alınan həşərat sancmalarına dair rəqəmləri də açıqlayıb: «Yay mövsümü ərzində 49 nəfəri həşərat sancıb. İyul ayında isə paytaxtda 29 həşərat sancma hadisəsi qeydə alınıb. Həşərat sancanlardan 19-u xəstəxanaya yerləşdirilib, digərlərinə isə ilkin tibbi yardım göstərilib».
XS
SM
MD
LG