Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:22

İlqar Məmmədovun Avropa Komissiyasına sanksiya çağırışı


Mətbuat icmalı
Mətbuat icmalı
-

RÜSTƏM İBRAHİMBƏYOVUN RUSİYA PASPORTUNA GEDƏN 2013 ŞANSI

«Yeni Müsavat» qəzeti Milli Şura üzvlərinin Tbilisi görüşü haqda yazır ki, «Gələrəm» və «gedərəm» epitetləri ilə özümüzü niyə aldadaq ki?». Qəzet yazır ki, «Rusiya vətəndaşlığı ilə bağlı problemin ciddi olduğunu gərək hörmətli Rüstəm bəy namizədliyi irəli sürüləndə özü deyəydi. Müxalifətin bu qədər savadlı hüquqşünasları ola-ola niyə yalnız onun namizədliyi Mili Şurada təsdiqlənəndən sonra Rusiya vətəndaşı olması faktının ortaya çıxması sualına da indi cavab axtarmaq çox gecdir. Hüquqşünaslar onu da izah etməlidirlər ki, indiyədək Rusiya və Azərbaycana istədiyi vaxt gedib-gələn Rüstəm İbrahimbəyov indi niyə Bakıya qonaq kimi də qayıda bilmir? Lap vətəndaşlıq problemi qalır, lap fərz edək ki, o, Rusiya deyil, həm də Gürcüstan vətəndaşıdır, məgər onun Azərbaycana gəlməsində nə problem ola bilər ki? Onsuz da hələ seçki prosesi başlamayıb, namizədliyi rəsmən irəli sürülməyib və bura sadəcə qayıtmaq lazımdır. «Hörmətli İbrahimbəyova Milli Şuradakı dostları niyə Bakıya qayıtmağı məsləhət bilmir», sualını cavablandıran yoxdur. Bu, əgər əvvəldən yazılmış bir ssenaridirsə, məqsədinə çatmış sayılır. Alındı. Hətta silahlı Suriya müxalifəti də ölkəsində toplaşa bilirsə, Azərbaycanın sivil müxalifətinin öz liderinin – «Oskar» mükafatçısının arxasınca Tiflisə getməsi heç bir məntiqə sığmır. Hakimiyyət telekanallar vasitəsilə Tiflis fiaskosunu bayram edir».

«O DƏRƏYƏ, BU TƏPƏYƏ QAÇIRLAR»

Bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Milli Şura üzvlərinin Rüstəm İbrahimbəyovla görüşünə münasibət bildirərkən deyib.

Bu haqda «Yeni Azərbaycan» qəzeti yazır.

Siyavuş Novruzov deyib ki, «onlar sadəcə olaraq, turist kimi gəzməyə gediblər. 20 ildir bunlar bu işlə məşğuldurlar. Bunlar özlərini başqa dövlətlərə, qurumlara, təşkilatlara bənzədirlər, yeni quruluş yaratmaq arzusu ilə yaşayırlar. Bunların hamısı utopik düşüncələrdir, xülyadan başqa bir şey deyil. Bu insanların heç bir ideyası, düşüncə tərzi yoxdur. Bunların necə fəaliyyət göstərdiyini xalq özü görür».

İLQAR MƏMMƏDOVDAN AVROPA KOMİSSİYASINA SANKSİYA ÇAĞIRIŞI

«Azadlıq» qəzeti yazır ki, həbsdə olan REAL hərəkatının lideri İlqar Məmmədov Avropa Komissiyasının prezidenti Joze Manuel Barroso-ya müraciət edib.

Müraciətdə qeyd olunu ki, «iyulun 31-də Azərbaycan prezidenti İlham Əliyevin demokratik dəyərlərə bağlı insan kimi sizin «şəxsən» səciyyələndirmənizdən 40 gün keçir. Bu «şəxsi fikriniz» və ondan cəmi bir həftə əvvəl Avropa Parlamentində həbsimlə əlaqədar qəbul edilən qətnamə arasında kəskin uyuşmazlığa baxmayaraq, diktatorların «yola verilməsinin» hərdən işə yaradığını hamımız bildiyimiz üçün dinməyib bir nəticə gözlədik. Lakin mən hələ də barmaqlıqlar arxasındayam. Cari seçki ilində həbs edilmiş xeyli sayda digər demokratlar kimi. Onlardan bəziləri hətta sizin o ifadədən sonra həbsə atılıb ki, bu da hadisələrin həqiqi ardıcıllığını sezməkdə çətinlik yaradır: yəni cənab Əliyevə o tərifi Avropa Parlamentinin qətnaməsindən bir həftə sonra verdiniz, yoxsa Avropa Birliyinin Əliyevlə böyük qaz anlaşmasından bir həftə əvvəl?».

ROBİNZON KRUZO KİMİ YAŞAYIRIQ

«Bizim yol» qəzeti yazır ki, Ağsunun Qaravəlli kəndində hazırda cəmi 78 adam yaşayır. Kənd sakinləri qəzetə deyib ki, əhalinin kəndi tərk etməsini səbəbi kəndin işıqsız, qazsız, susuz, məktəbsiz, xəstəxanasız, yolsuz olmasıdır. Kənd sakinlərindən biri, Qurban Əliyev deyir ki, Qaravəlli hamının unutduğu gözdən-könüldən uzaq bir kəndə çevrilib:

«Keçmiş prezident Heydər Əliyev deyirdi ki, yol ölkənin iqtisadiyyatıdır, gələcəyidir. Bizdəsə o, yoxdur. Problemlərimiz heç bir çərçivəyə sığmır. İki ana qaz xətt keçir, biri iki kilometr uzaqdan kəndin ayaq tərəfindən, o biri də iki kilometr uzaqdan kəndin baş tərəfindən. Deyəsən bizi xəritədən silmək istəyirlər. Kəndimizin qırmızı kitaba düşən vaxtıdır. Biz «Robinzon Kruzo» kimi yaşayırıq».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG