Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:02

Tbilisi prospektinin bağlanan hissəsi açıldı


Avqustun 1-də Bakının Tbilisi prospektinin 20 Yanvar qovşağından Salamzadə küçəsinədək olan hissəsi açılıb. Bu barədə Trend-ə «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

P. Mürsəliyev bildirib ki, təmir işləri təqribən 500 metrlik hissədə həyata keçirilib. Həmin hissədə yeni asfalt-beton örtüyü salınıb, kommunikasiya xətləri dəyişdirilib.

İyulun 25-dən 26-na keçən gecə 20 Yanvar dairəsindən şəhər istiqamətində Tbilisi prospekti üzrə Nəqliyyat Nazirliyinin inzitbati binasının yanınadək bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmuşdu. Yeni asfalt örtüyü çəkilirdi.

Tbilisi prospektinin ümumi uzunluğu 1400 metrdir. Artıq 900 metr hissədə təmir işləri başa çatdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG