Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:13

"Rədd olsun bakirəlik institutu!" (Aksiya)




-

Bu məsələ son illərdə Azərbaycanda da mübahisələr doğurmaqdadır. Amma hələ ki, on-line forumlarda.

Gürcüstanda isə iyulun 30-da feministlər Tbilisi küçələrinə çıxaraq “bakirəlik sertifikatları”na qarşı etiraz aksiyası keçiriblər.

Təxminən 50 nəfərlik qrupu qəzəbləndirən odur ki, belə sertifikatları dövlət orqanı verir.

Levan Samxarauli adına Milli Ekspertiza Bürosu.

Büronun qarşısına toplaşan aksiyaçılar bildiriblər ki, bakirəlik testləri geridəqalmışlıq əlamətidir və müasir dövrdə insanın əxlaqlı olub-olmadığının meyarı sayıla bilməz.

Onlar “Rədd olsun bakirəlik institutu”, “Bakirəlik ekspertizası iyrənc bir şeydir”, “Seksdən ötrü nikah tələb olunmur” kimi şüarlar qaldırıblar.

Bəzi aksiyaçılar maskada olublar.

Aksiyanın keçiriləcəyi barədə xəbər Facebook-da yayılmışdı.

Aksiya iştirakçıları hesab edirlər ki, bakirəlik məsələsi qadının fundamental hüququ – sərbəst seçim etmək haqqı ilə bir araya sığmır.

Üstəlik də bu, ikili standartın göstəricisidir, çünki nikahdan əvvəl cinsi əlaqədə olmamaq tələbi yalnız qadınlara ünvanlanır.

Gürcüstanda bakirəlik sertifikatı alıb bunu gələcək ərinin yaxınlarına təqdim edən qızların sayı artır.

İndi ildə təxminən 200 qız belə sertifikat alır.

Qız ya özü müraciət edir, ya da gələcək qaynanasının istəyilə.

Ekspertizanın qiyməti təxminən 100 dollardır və müayinə, arayışın verilməsi 4-5 gün çəkir.

Müayinədə 3 ekspert iştirak edir.

Onlar qızın bakirə olub-olmadığını, bakirəliyi bərpa edib-etmədiyini yoxlayır.

200 dollarından keçənin müayinə məsələsi 1 günə həll edilə bilər.

“İmedi” telekanalının bu barədə süjetində o da deyilir ki, bakirəlik sertifikatı almaq üçün müraciət edənlər arasında – yetkinlik yaşına çatmayan qızlar da var, 35-40 yaşlılar da.

Bir müddət əvvəl isə “İmedi” telekanalındakı erotik tok-şou qalmaqal yaratmışdı.

Yaraşıqlı diva Şorena Beqaşvili gecəyarısı efirə çıxan tok-şousunda demişdi ki, Gürcüstanda heç zaman bakirəlik institutu olmayıb və bunu ölkə tarixindən misallarla əsaslandırmağa çalışmışdı.

Bundan sonra Əsl Pravoslav Gürcülər İttifaqı telekanalı məhkəmə ilə hədələmişdi. Telekanal isə ifadə azadlığına istinad edib hər kəsin öz fikrini bildirmək haqqı olduğunu qeyd etmişdi.

Bu barədə sən nə düşünürsən?

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG