Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:49
-
Bəxtiyаr Hаcıyеv AzadlıqRadiosuna deyib ki, ona qarşı kobudluq etmiş polis əməkdaşları ondan üzr istəyib və o, sərbəst buraxılıb.

«GÖRDÜM Kİ, VƏTƏNDAŞI SÜRÜYƏ-SÜRÜYƏ MAŞINA SALMAQ İSTƏYİRLƏR»

«Müsbət Dəyişiklik» Hərəkatının həmtəsisçisi Bəxtiyаr Hacıyеv saxlanıb. O, AzadlıqRadiosuna bildirib ki, hazırda Nərimanov rayonu 18 saylı polis şöbəsindədir:

«Metronun «Nərimanov» stansiyası yaxınlığında bir nəfərlə görüşməliydim. Gördüm ki, bir vətəndaşı sürüyə-sürüyə maşına salmaq istəyirlər. Üstümdəki fotoaparatla şəklini çəkmək istəyəndə, polislər mənə qarşı da kobud davranıb 18 saylı şöbəyə gətirdilər».

Bəxtiyаr Hacıyеv polislərin özünü təqdim etmədiyini, həmin vətəndaşın üzərində fiziki xəsarətlər olduğunu da söyləyir. Vətəndaş keçiddən deyil, yol üstündən keçirmiş.

«O, POLİSƏ TABE OLMAYIB»

18 saylı Nərimanov rayon polis şöbəsinin məsul növbətçisi, polis kapitanı Vasif Mehdiyev AzadlıqRadiosuna faktı təsdiqləyir:

«Lənkəran sakini Nurəli Nuriyev piyada keçidindən düzgün istifadə etməyib, Bəxtiyаr Hacıyеv isə polisi çəkdiyinə görə saxlanıb. Polis həmin hadisəni öz işinə müdaxilə kimi qiymətləndirir. Demirlər ki, parkı, ya kinoteatrı çəkmə. O, polisi çəkib. Polis vətəndaşı saxlayaraq deyib ki, buradan keçmə. Vətəndaş polisə tabe olmayıb. Bu da bütün bunları çəkib».

Vasif Mehdiyev Bəxtiyаr Hacıyеvin izahatının alınıb buraxılacağını deyir. Onun bildirdiyinə görə, piyadanın keçiddən istifadə etmədiyi aydınlaşarsa, buna görə cərimə 20 manatdır.

Polis kapitanı həmin şəxsin polisə tabe olmadığına görə polis maşınında gətirildiyini deyir:

«Yerdə sürümək olmayıb. Günün günorta çağı, özü də metronun üstündə kimisə yerdə sürüməzlər».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG