Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:32
-
Avqustun 2-də saat 18:00-da «Nizami» Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığıyla Milli Kino Günü ilə bağlı tədbir keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, bir çox dövlət və hökumət nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin iştirak edəcəyi tədbirdə nazirliyin sifarişi ilə 2013-cü ildə C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında istehsal olunmuş «Dərvişin qeydləri» bədii filminin təqdimatı olacaq.

Çəkilişləri Salyanın «Ceyran düzü» ərazisində, Şəkidə, Pirəkəşkül qəsəbəsində və Bakıda, kinostudiyanın pavilyonlarında aparılan filmin quruluşçu rejissoru Eldar Quliyev, ssenari müəllifləri Eldar Quliyev, İlqar Fəhmi, quruluşçu operatoru Yuri Varnovski, quruluşçu rəssamları Mais Ağabəyov, Əziz Məmmədov, bəstəkarı Siyavuş Kərimi, icrası prodüseri Vladimir Dudniçenkodur.

Filmdə Fuad Poladov, Pərviz Məmmədrzayev, Qurban İsmayılov, Kənan Mahmudov, Şövqi Hüseynov, Bəhruz Əhmədli, Cavanşir Hadıyev, Cəfər Namiq Kamal, Rafiz Mehdizadə, Vidadi Həsənov, Elnar Qarayev, İsa Əsədov kimi aktyorlar rol alıb.

Bundan başqa avqustun 2-də Azərbaycanın 40-dan çox şəhər və rayonunda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə istehsal olunmuş «Dolu» bədii filmi nümayiş etdiriləcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG