Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:47
Ölkədə qeydə alınmış cinayətlərin sayı 2012-ci ilin 6 ayı ilə müqayisədə 11,4 faiz azalaraq 10048-ə enib. Bunu daxili işlər nazirinin müavini Vilayət Eyvazov iyulun 31-də nazirlikdə geniş Kollegiya iclasında deyib.

Onun bildirdiyinə görə, 10 955 cinayət açılıb, onlardan 1136-sı ağır və xüsusilə ağır olub. Bu işdə vətəndaşların da böyük rolu olub və onlar 2614 cinayətin açılmasında yaxından köməklik göstəriblər.

1039 nəfərdən ibarət 361 cinayətkar qrup və 10 mütəşəkkil dəstə zərərsizləşdirilib, onların törətdiyi 1130, o cümlədən 320 ağır və xüsusilə ağır cinayət açılıb.

16 saxta pul hazırlama və ya satma cinayəti aşkarlanıb. Qeyri-leqal dövriyyədən ümumi məbləği 83 min manat təşkil edən 1041 ədəd müxtəlif nominalda milli əskinas, həmçinin 300 tona yaxın saxta yeyinti məhsulu və tikinti materialı çıxarılıb. Qanunsuz dövriyyədən 350 kq, müqayisə edilən dövrə nisbətdə isə 33 kq çox narkotik vasitə çıxarılıb.

İnsan alverinə qarşı mübarizə üzrə 66 fakt aşkarlanıb, 5 nəfərdən ibarət 2 cinayətkar qrup zərərsizləşdirilib. Bu hüquqazidd əməllərin qurbanı olan 20 şəxs müəyyənləşdirilərək, cəmiyyətə reinteqrasiyası təmin edilib.

İnzibati xətaların sayı 2012-ci ilin analoji dövrü ilə müqayisədə 3 dəfə artıb. Piyadaların avtomobillə vurulması hadisələri 2 dəfə azalıb.

Vilayət Eyvazov bu ilin birinci yarısında 21009 ərizə və şikayətin araşdırıldığını bildirib. Bunlardan 4450-yə yaxını elektron poçt ünvanına daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 914 nəfər çox, yəni 2414 vətəndaş qəbul edilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb.
XS
SM
MD
LG