Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:53
-
Azərbaycanda cirtdan.tv uşaq internet portalı fəaliyyətə başlayıb.

Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, portal həm valideynlərin, həm də uşaqların düzgün mənbədən məlumat alması üçün hazırlanıb.

Xəbərdə deyilir ki, saytda geniş tərbiyəvi xarakterli materiallardan istifadə etməklə övladların bilik və bacarıqlarını artırmaq, mənəviyyatına, tərbiyəsinə və sosial fəaliyyətinin inkişafına böyük təsir göstərmək olar.

cirtdan.tv portalında uşaqlar cizgi filmləri və filmlər izləyə, eləcə də «Oyunlar», «Testlər», «Birlikdə öyrənək», «Foto arxiv», «Video arxiv» və digər bölmələrdən istifadə edə bilərlər.

Portalda «Analar üçün» bloq səhifəsi var. Səhifə gənc analara körpəyə qulluq, hamiləlik, uşaqlar və tərbiyə, valideynlərə məsləhət bölmələrindən istifadə etmək imkanı verir.

Portalda «Arzular və istəklər» bölməsi də var.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG