Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:12

ABŞ İrana qarşı yeni sanksiyaları nəzərdən keçirir


Nümayəndələr palatası İran neftinin ixracının il ərzində daha 1 milyon barell azaldılmasını nəzərdə tutan qanun layihəsinə baxır.Avqustun 1-i və ya 2-də məsələ ilə bağlı səsvermə gözlənilir.Əgər sənəd qəbul edilsə Senata göndəriləcək.

Ekspertlər hesab edir ki, bu dünya bazarında neftin bahalaşmasına səbəb ola və ABŞ-ın İrandan neft alan Çin, və Hindistanla münasibətlərinə mənfi təsir göstərə bilər.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır. Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG