Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:27

89 yaşlı Mugabe seçkini uduzsa, gedəcəyini deyir


Mugabe seçki mitinqində
Mugabe seçki mitinqində
33 ildir hakimiyyətdə olan Zimbabve prezidenti 89 yaşlı Robert Mugabe yenə prezident olmaq istəyir.

İyulun 31-dəki prezident seçkilərində Mugabe artıq 3-cü dəfədir ki, keçmiş həmkarlar ittifaqı lideri, hazırda 61 yaşı olan Morgan Tsvangirai ilə üz-üzə gəlir.

2008-ci ildə Mugabe seçkilərin birinci mərhələsini Tsvangiraiyə uduzdu. Buna səbəb ölkədə inflyasiyanın 500 000 000 000 (beş yüz milyard) faizə çatması, ərzaq qıtlığı və xolera epidemiyası idi.

Ancaq seçkinin birinci mərhələsindən sonra Tsvangirainin ölkə boyu təxminən 200 tərəfdarı öldürüldü və bu zorakılığa etiraz olaraq seçkinin ikinci mərhələsində iştirakdan Tsvanqirai imtina etdi.
O , seçkiləri boykot etdi.

15 Afrika ölkəsini birləşdirən Cənubi Afrika İnkişaf İcması təşkilatının təzyiqlərindən sonra Mugabe Tsvangirai ilə hakimiyyəti bölməyə razı oldu.

Tsbangirai
Tsbangirai
Mugabe prezident, Tsvangirai baş nazir oldu.

İndiki seçkilərin bir özəlliyi odur ki, 33 ildə ilk dəfə olaraq Mugabe seçkini uduzsa, məğlubiyyətini etiraf edəcəyini deyir.
Mugabe: “Uduzursansa, təslim ol”.

Ancaq Mugabe keçmiş yezuit müəllimidir. Onun səmimiyyətinə inanan azdır. Tsvangirai deyir ki, “Mugabe seçkini o qədər çox oğurlayıb ki, artıq dünya buna adət edib”.

O deyir: ”Hər dəfə Mugabe seçkini oğurlayır, beynəlxalq aləm özünü görməməzliyə vurur və üstündən keçir”.

Seçkini 500 regional müşahidəçi izləyir. Reuters yazır ki, “beynəlxalq müşahidəçilərin seçkiyə verəcəyi qiymət çox önəmli hesab olunur. Çünki Zimbave iqtisadiyyatının gələcəyi bu qiymətdən asılı olacaq.”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG