Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:59

Azərbaycanda 35 minə yaxın adam prezident təqaüdü alır


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, son 10 ildə 35 minə yaxın adama prezidentin müxtəlif Fərman və Sərəncamlarına əsasən, prezident təqaüdləri təyin olunub.

Həmin təqaüdlərin orta aylıq məbləği 116,4 manatdır.

Son on ildə şəhid ailələrinə verilən prezident təqaüdlərinin orta məbləği 60,5 faiz, müharibə əlillərinə verilən prezident təqaüdlərinin orta məbləği 10 faiz, prezidentin fərdi təqaüdlərinin orta aylıq məbləği isə 5 dəfə artıb.
XS
SM
MD
LG