Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:05
-

«İran və Azərbaycan 42 ildən çoxdur ki, Araz çayından istifadə üzrə əməkdaşlıq edir və bunun üçün müəyyən müqavilə var. İran Araz çayının suyunun Urmiya gölünə axıdılması ilə bağlı yalnız öz payından istifadə edir».

Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Mohsin Pakayin iyulun 31-də Qüds günü ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Səfir bildirib ki, bu məsələdə Azərbaycanın razılığı mövcuddur, ona görə ki, hər iki tərəfin öz payından istifadə haqqı var:

«Azərbaycanda Urmiya gölünün vəziyyəti ilə bağlı məsələyə həssas yanaşılması başadüşüləndir. Bu layihənin hələ təzə təməli qoyulub və icrası üçün 2-3 il vaxt lazımdır. Araz çayından artıq və əlavə su Urmiya gölünə ötürüləcək. Güclü yağıntıların çoxluğu nəticəsində bəzi vaxtlar Araz çayında suyun səviyyəsi artır və daşqınlar əmələ gətirir, hazırlanan xüsusi mexanizm nəticəsində artıq su Urmiya gölünə axıdılacaq».

Səfir bildirib ki, Araz çayı üzərindəki bəndlərin sularından istifadə olunacaq: «İran bu suların 50 faizini istifadə edəcək. Texniki məsələlərlə bağlı İran və Azərbaycan tərəfi 1-2 aydan bir müzakirələr aparırlar. Görülən işlər qarşı tərəflə razılaşdırılıb, heç bir qeyri-qanuni hərəkət olmayıb».

İyulun 27-dən İran Prezidentinin birinci müavini Mohammad Reza Rahimi və ölkənin energetika naziri Majid Namjoo-nun iştirakı ilə Urmiya gölünə və Mərənd çölünə Araz çayının suyunun axıdılması planının icrasına başlanılıb. Plana əsasən, Araz çayının suyunun Culfa, Mərənd, Şəbestər və Təbriz çöllərinə axıdılması nəzərdə tutulub. Layihə çərçivəsində 8 şəhər və 81 kəndin içməli su problemi öz həlini tapacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG