Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:01

Moskva bazarlarından biri sökülür


Matveyev bazarı
Matveyev bazarı
-

Moskvada Matveyev bazarında ağır cinayətdə təqsirləndirilənlərin saxlanmasında hərəkətsizliyə görə altı polis əməkdaşı işdən çıxarılıb.

Bazar ertəsi Oçakovo-Matveyev rayonunun polis rəisi vəzifəsindən kənarlaşdırılıb. Həmin rayon ərazisindəki bazarda polis baş leytenantı döyülüb.

Ötən şənbə günü Matveyev bazarında cinayət-axtarış bölməsinin əməkdaşları yeniyetmənin zorlanmasında şübhəli bilinən bir nəfəri saxlayıb. Bu zaman əməliyyatçılardan birinə hücum olub, o, ciddi xəsarət alıb.

İnsidentlə əlaqədar, son günlər Moskva bazarlarında profilaktik tədbirlər həyata keçirilib və təxminən 500 nəfər saxlanıb.

Matveyev bazarının söküləcəyi xəbəri rəsmən təsdiqlənib. RİA Novosti xəbər verir ki, bu, polis əməkdaşının döyülməsi ilə bağlı deyil.
XS
SM
MD
LG