Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:35

Xarici QHT-lərin 91 layihəsindən 48-i ikinci tura keçdi


-
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici ölkə təsisatları üçün elan etdiyi maliyyə müsabiqəsinin birinci turu başa çatıb.

Xarici QHT-lərin 91 layihəsindən 48-i ikinci tura keçib.

«Media forum» saytı bu barədə Şuranın 30 iyul iclasında məlumat verildiyini yazır.

Məlumatda qeyd olunur ki, müsabiqəyə ümumilikdə 15 ölkədən 91 layihə daxil olub.

Bunlardan 4-ü «İnsan hüquq və azadlıqlarının qorunması», 6-sı «Gələcəkdə oxşar faciələrin qarşısının alınması məqsədi ilə Xocalı soyqırımı haqqında məlumatların Avropa və ABŞ ictimaiyyətinə çatdırılması», 15-i «Ksenofobiya, islamofobiya və irqçilik təzahürlərinə qarşı mübarizə», 28-i «Sülh və təhlükəsizliyin möhkəmləndirilməsi və regional münaqişələrin mənfi nəticələrinin aradan qaldırılması», 38-i «Ölkələr və vətəndaş cəmiyyətləri arasında uğurlu əməkdaşlıq üçün mədəniyyətlərarası dialoqun gücləndirilməsi» mövzusuna aiddir.

İkinci tura keçməsi məqsədəuyğun sayılan 48 layihə ilə bağlı həmin təşkilatlara tam layihə təkliflərinin təqdim edilməsi barədə müraciətlər göndərilib.

Məlumatda bildirilir ki, Şura tam layihə təkliflərinin qəbulunu avqustun 19-dək həyata keçirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG