Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:57

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

-
«Şərq qapısı» - 30.07.2013

Naxçıvanda iftar süfrələri açılmışdır

...İnsanların mənəvi tərbiyəsi sahəsində Ramazan ayının mühüm rol oynadığını yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev demişdir: «Respublikamızın müsəlmanları Ramazan ayı günlərində Allaha, Vətənə və xalqa sədaqət, sıx həmrəylik və möhkəm iradə nümayiş etdirmiş, imanlarının saflığını təkcə sözdə deyil, həm də əməllə sübut etmişlər».

«İnsan mənəviyyatının saflaşması, əxlaqi dəyərlərin bərqərar olması işinə yönəldilmiş hər bir fəaliyyət yüksək qiymətə layiqdir. Muxtar respublikamızda da dini və mənəvi dəyərlərin qorunub yaşadılmasına, İslamın müqəddəs ayin və bayramlarının qeyd edilməsinə xüsusi diqqət yetirilir», – deyən Ali Məclisin Sədri dinimizin və mənəvi dəyərlərimizin bir hissəsi olan müqəddəs Ramazan ayında xalqımıza, eləcə də muxtar respublika əhalisinə və mərasim iştirakçılarına ən xoş arzularını çatdırmışdır.
Sonra mərasimdə «Qurani-Kərim»dən ayələr oxunmuş, arzu və niyyətləri ifadə edən dualar səslənmişdir.

Həmin gün Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserində, Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzində, Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində, Naxçıvan Qarnizonunun Hərbi Hospitalında müalicə alan xəstələrə və gecə növbəsində çalışan işçilərə də iftar süfrələri açılmış, ümumilikdə, iftar mərasimlərində min nəfərdən artıq insan iştirak etmişdir.

Babək qəsəbəsində avtomobil yolları yenidən qurulur

İyulun 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Babək qəsəbəsinin Heydər Əliyev prospektində aparılan tikinti işlərinin gedişi ilə maraqlanmışdır.

Məlumat verilmişdir ki, Babək qəsəbəsinin mərkəzi ilə Naxçıvan-Culfa magistralını birləşdirən 4 kilometr uzunluğundakı avtomobil yolu yenidən qurulur. Tikinti işləri zamanı yolun asfalt örtüyü götürülmüş, yol yatağında bərkitmə işləri aparılmışdır. Eni 16 metr olan yolun kənarlarında səkilər salınacaq, yağış sularının axıdılması üçün beton suaxıdıcılar çəkiləcək, işıqlandırma sistemləri qurulacaqdır. Hazırda yola asfalt örtüyünün verilməsi istiqamətində son tamamlama işləri görülür.

Ali Məclisin Sədri yolda tikinti işlərinin keyfiyyətlə aparılmasının vacibliyini qeyd etmiş, yenidənqurma işləri ilə əlaqədar müvafiq tapşırıqlar vermişdir.
XS
SM
MD
LG