Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:53

BP, SOCAR və Total Trans-Adriatik qaz kəməri layihəsinə qoşulublar


Trans Adriatic Pipeline
Trans Adriatic Pipeline
"Şahdəniz" qaz yatağının işlənməsində tərəfdaş olan lar BP, SOCAR və Total bu gün Trans-Adriatik qaz kəməri layihəsinə qoşulublar.Bu barədə TAP konsrsiumunun yaydığı məlumatda bildirilir.

Avropada tanınmış qaz paylayıcısı olan Belçikanın Fluxys şirkəti də layihədə pay alıb.

Beləliklə TAP konsorsiumunda BP 20%, SOCAR 20%, Statoil 20%, Fluxys 16%, Total 10%, E.ON 9% , Axpo isə 5% pay alır.

Şahdəniz qazını Avropaya çıxaracaq kəmərin tikintisinə 2015, qazın daşınmasına isə 2019-cu ilə başlanmalıdır.
XS
SM
MD
LG