Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:38

IV ixtisas qrupundan iki nəfər 700 bal toplayıb


-
İyulun 30-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) IV ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlanıb.

Komissiyanın saytında verilən məlumata görə, IV ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 11796 abituriyentdən 673 nəfəri imtahanda iştirak etməyib.

İmtahanda iştirak edən 11123 abituriyentlərdən 16 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İki nəfər maksimal nəticə -700 bal toplayıb. İxtisas seçimi avqustun 6-dan avqustun 15-dək internet vasitəsilə aparılacaq.
XS
SM
MD
LG