Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:50
-

Ötən həftə Amerika yazıçısı Dan Savage dünyanı rus vodkasını boykot etməyə çağırdı.

O hamını Rusiyada “homoseksualizm təbliğatını qadağan edən” qanuna bu yolla etiraz etməyə səslədi.

Yazıçı həmin qanundan geyləri təqib etmək üçün istifadə edildiyini deyir.

Amerika, Avstraliya və Kanadanın bir sıra gey barlarından sonra Britaniyada da homoseksualların toplaşdığı bir neçə bar boykota qoşularaq "Rus vodkasını zibilə at" kampaniyasında iştirak etməyə başlayıb.

Savage sosial şəbəkələrdə iki rus arağını - ən populyarlarını hədəfə alıb: “Stoliçnaya” və “Russkiy standart” araqlarını.

“Stoliçnaya”nın Latviyada yerləşən istehsalçısı “SPI Group” dərhal bəyanat verərək gey hüquqları məsələsində Rusiya hökumətinin addımlarını və qanunlarını pislədiyini bildirib.

Geylərin haqları uğrunda mübarizə aparanlar isə Rusiyaya qarşı daha böyük kampaniyaya başlayıblar.
ABŞ - "Rus arağını zibilə at!" kampaniyasının banneri. Şəkildə Rusiyada gey fəal döyülür.

ABŞ - "Rus arağını zibilə at!" kampaniyasının banneri. Şəkildə Rusiyada gey fəal döyülür.


Onlar 2014-cü ilin Soçu olimpiadasının da boykot olunmasına çağırırlar.

Beynəlxalq Olimpiya Komitəsi isə bəyan edib ki, onlar “Rusiya hökumətinin ən yüksək eşalonlarından” təminat alıblar ki, sözügedən qanunlar Soçi olimpiadasına gedən atletlər və azarkeşlərinə şamil edilməyəcək.

Geylərin haqları uğrunda mübarizə aparanlar isə Amerika hökumətinə müraciət edərək həmin qanunun təşəbbüskarları – deputatlar Vitali Milonov və Yelena Mizulinaya qarşı viza qadağasının qoyulmasını istəyiblər.

Rusiya hökuməti isə deyəsən, bu kampaniyaya reaksiya vermir. Üstəlik iyulun 21-də hollandiyalı sənədli film rejissoru Kris Van de Veer Murmanskda həbs edilib. Səkkiz saat sorğu-sual edildikdən sonra 3 min rubl cərimə edilərək sərbəst buraxılıb. O, Rusiyada geylərin vəziyyəti haqda film çəkirdi…

Kampaniyaya başlamış yazıçı Savage-ə gəldikdə isə onun özü də homoseksualdır.

O, əri Terry Millerlə 2005-ci ildə Kanadada ailə qurub. Övladlığa bir oğlan usagı da götürüblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG