Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:46

Təhsil Naziri Mikayıl Cabbarov Gəncə Dövlət Universitetinin rektoru Yadigar Əliyevə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edib. Nazirlikdən APA informasiya agentliyinə verilən məlumata görə buna səbəb kimi də rektorun “universitetdə imtahan sessiyasının gedişində yol verilmiş neqativ halların qarşısının alınması üçün vaxtında tədbirlər görmədiyi” göstərilir.

Amma bu xəbərlə bağlı rektorun özünün hansı fikirdə olması barədə məlumatda heç bir şey deyilmir.

Prezidentin göstərişi ilə nazirlərin bölgələrdə əhali ilə görüşləri davam edir. Bu çərçivədə Təhsil Naziri iyulun 29-da Gəncədə olub.

Nazir Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb, təhsil müəssisələrinin təmiri və maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı məsələləri müzakirə edib.

Həmin gün Gəncə Dövlət Universitetində yerli təhsil orqanlarının rəhbərlərinin iştirakı ilə regional müşavirə keçirilib. Tədbirdə Gəncə və Naftalan şəhərlərinin, Tovuz, Şəmkir, Qazax, Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Samux və Kəlbəcər rayonlarının təhsil şöbələrinin müdirləri iştirak ediblər. Müşavirədə bölgənin təhsillə bağlı problemləri müzakirə edilib.

Şərhləri göstər

XS
SM
MD
LG