Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:53

Rus estradasının «sonuncu romantiki» Bakıda konsert verəcək


Valeri Meladze
Valeri Meladze
-
Bakıda populyar rus sənətçisi, Rusiyanın Əməkdar artisti Valeri Meladzenin konserti keçiriləcək.

AzadlıqRadiosunun məlumatına görə, Valeri Meladzenin konserti bu il noyabrın 19-da Heydər Əliyev adına Sarayda baş tutacaq.

«20 məhəbbət hekayəsi» adlı yeni konsert proqramına müğənninin ən məşhur mahnıları və yeni kompozisiyaları daxildir.

Geniş səs diapazonuna, qeyri-adi tembrə, özünəməxsus ifaçılıq qabiliyyətinə malik Valeri Meladze Rusiya estradasında ən populyar ifaçıların onluğuna daxil olan sənətçilərdəndir.

20 ilə yaxın müddətdir ki, səhnədə olan Valeri Meladzeni «Rusiya estradasının sonuncu romantiki» adlandırırlar.

Onun ifa etdiyi bütün mahnıların müəllifi qardaşı, prodüseri, bəstəkar-müğənni Konstantin Meladzedir.

İncə zövqü, musiqi duyumu, mükəmməl musiqi təhsili olan iki qardaşın yaratdığı bütün mahnılar hitə çevrilir.

7 uğurlu albom, 20-dən artıq videoklip, Rusiyada və xarici ölkələrdə keçirilən minlərlə konsert Valeri Meladzenin yaradıcılığına olan tamaşaçı sevgisinin miqyası haqqında təsəvvür yaratmağa imkan verir.

Valeri Meladzenin Bakı konsertinin biletlərini artıq şəhərin bütün mərkəzləşdirilmiş kassalarından əldə etmək olar.

Biletləri online şəkildə sifariş etmək də mümkündür.
XS
SM
MD
LG