Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:56

Gəncə sakinləri məhkəmələrin ədalətsizliyindən gileyləndilər


Fikrət Məmmədov

Fikrət Məmmədov

-


İyulun 30-da Ədliyyə naziri Fikrət Məmmədov Gəncədə sakinləri qəbul edib. Qəbula Gəncə ilə yanaşı ətraf rayonlardan olan sakinlər yazılıb. Ancaq jurnalistlərin qəbulu izləməsinə imkan verilməyib.

Qəbula gələnlərin əksəriyyəti bildirib ki, məhkəmələrin ədalətsizliyi, süründürməçilik və qərarların icra olunmamasından narazıdırlar.

Şikayətçilərdən Qurban Həsənov giley edib ki, mülk mübahisəsinə Gəncə apellyasiya məhkəməsi başqa qərar verib, sonra qərar dəyişdirilib, icra edənlər başqa qərarı icra ediblər.

Tovuz rayon sakini Rahilə Cəlilova isə məhkəmə qərarlarının icra olunmamasından danışıb:

«2 uşaqla ayrılmışam. 4 ildir ki, boşanmışıq, həmin gündən məhkəmələrdəyik. Xeyli süründürməçilikdən sonra aliment kəsilib. İndi əvvəlki yoldaşım hakimə pul verir, aliment ləğv edilir. Mən hay-küy salıram, yenə kəsilir. 4 ildir uşaqlara bir qəpik pul ala bilmirəm».

Qəbula ümumilikdə 120-dən çox sakin yazılıb. Müraciət edənlər arasında nazirdən iş yeri və maddi kömək də istəyənlər olub.
XS
SM
MD
LG