Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:35

Təbrizdə Azərbaycanın tanınmış şəxsiyyətləri muzeyi açılıb


Təbrizdə «Azərbaycanın alimləri və tanınmış şəxsiyyətləri» muzeyi
Təbrizdə «Azərbaycanın alimləri və tanınmış şəxsiyyətləri» muzeyi
-
Təbrizdə «Azərbaycanın alimləri və tanınmış şəxsiyyətləri» muzeyinin birinci mərhələsinin açılışı olub.

Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, yeni inşa edilmiş muzeyin açılış mərasimində İran İslam İnqilabının ali liderinin Təbrizdəki nümayəndəsi, ayətullah Müctehid Şəbistəri, İran Prezidentinin müavini Məhəmmədrza Mirtacəddini və İslami İrşad və Mədəniyyət Naziri Məhəmməd Hüseyni iştirak ediblər.

Tədbir çərçivəsində İran Azərbaycanının 50 tanınmış aliminin həyatından bəhs edən 120 səhifəlik «Eşq yolunu tanıyanlar» kitabının təqdimatı keçirilib.

Muzeydə İran Azərbaycanı alimləri və tanınmış şəxsiyyətlərinin 50-dən çox sənət əsəri, eləcə də onların yazıb yaratdıqları əsərlər nümayiş olunur.

«Azərbaycanın alimləri və tanınmış şəxsiyyətləri» muzeyinin ikinci mərhələsində İran Azərbaycanı şairləri, incəsənət xadimləri və şəhidləri haqqında da əsərlər yer alacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG