Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:03
-

İyulun 29-da Azərbaycan Avropa Hərəkatının təşkilatçılığı ilə «Gənclərin Şərq Tərəfdaşlığı Prosesində rolu» mövzusunda konfrans keçirilib. Azərbaycan Avropa Hərəkatının təşkilatçılığı ilə keçirilən konfransda gənc ekspertlər müxtəlif mövzularda çıxış ediblər.

İki hissəli tədbirin birinci hissəsində Orxan Nəbiyev «Şərq Tərəfdaşlığı Proqramı və Yaxın Qonşuluq Siyasəti - fərqlər və üstünlüklər», Azərbaycan Avropa Hərəkatının İdarə Heyətinin üzvü Xalisə Şahverdi «Avropa Birliyi ilə Azərbaycan arasında reallaşdırılan təhsil və mübadilə proqramları», ekspert Rövşən Nəcəfov «Vətəndaş Cəmiyyətinin, xüsusən gənclər təşkilatlarının Şərq Tərəfdaşlığı prosesində rolu» və AGAT sədri, Azərbaycan Avropa Hərəkatının İdarə Heyətinin üzvü Gülsel Səfərova «Azərbaycan Dövlətinin Avrointeqrasiya istiqamətində fəaliyyəti» mövzularında çıxış ediblər. Konfransın ikinci hissəsi isə interaktiv formatda keçib.

Konfrans Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən «Gənclərin Şərq Tərəfdaşlığı prosesinə cəlb olunması» layihəsi çərçivəsində baş tutub.
XS
SM
MD
LG