Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:50

Milli Şura Tbilisidə, bağlı qapılar arxasında (VİDEO)


Milli Şura Tbilisidə toplanır
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00

Milli Şura Tbilisidə toplanır

-
Milli Şura növbəti toplantısını Gürcüstanın paytaxtı Tbilisidə keçirir.

MİLLİ ŞURANIN İCLASI BAŞLADI

Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazov jurnalistlərə görüşün bir saata yekunlaşacağını deyib.

RÜSTƏM İBRAHİMBƏYOV OTELƏ GƏLİB

Milli Şura sədri Rüstəm İbrahimbəyov bir neçə dəqiqə əvvəl Moskvadan Tbilisiyə gəlib.

Bu barədə AzadlıqRadiosuna müstəqil jurnalist Əfqan Muxtarlı məlumat verib:

«Rüstəm İbrahimbəyov indi hava limanından görüşün keçiriləcəyi otelə gəlib. Bir azdan Milli Şuranın qapalı toplantısı başlayacaq».

GÖRÜŞ QAPALI OLACAQ

Milli Şuranın Tbilisi toplantısı jurnalistlərin iştirakı ilə başlasa da, sonradan müzakirələr bağlı qapılar arxasında davam etdiriləcək.

Bu barədə AzadlıqRadiosuna müstəqil jurnalist Hacı Hacıyev məlumat verib.

Onun dediyinə görə, müzakirələr bitəndən sonra Şura üzvləri yekun bəyanatla çıxış edəcəklər.

«BÜTÜN SUALLARA DƏQİQ CAVABLAR TAPILMALIDIR»

«Bu gün Milli Şura qarşısında dayanan bütün suallara dəqiq cavab tapılmalıdır. Biz bütün hallarda birliyimizi qorumaq şərtilə durumdan ən ideal çıxış yolunu tapmalıyıq.
Ümid edirəm ki, biz buna nail olacağıq».

Bu sözləri Milli Şuranın komitə sədri Nurəddin Mustafayev «Yeni Müsavat»a açıqlamasında deyib.

Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov, Müsavat başqanı İsa Qəmbər, komitə sədrləri Gültəkin Hacıbəyli, Mehman Əliyev, Nurəddin Mustafayev, Milli Şuranın üzvü Fuad Ağayev artıq Tbilisidədirlər.

Yaxın saatlarda Rüstəm İbrahimbəyovun da Gürcüstan paytaxtında olacağı bildirilir. Şura üzvlərindən Cəmil Həsənli xarici səfərdə olduğu üçün toplantıda iştirak edə bilməyəcək.

NİYƏ TBİLİSİ?

Əksər müxalifət partiyaları və ictimai fəalların birləşdiyi Milli Şura növbəti toplantısını Gürcüstanın paytaxtı Tbilisidə keçirir.
Görüş axşam saat 18-də «Vere Palace» otelində keçiriləcək.

Görüşdə həmçinin Milli Şuradan Eldar Namazov, İsa Qəmbər, Sülhəddin Əkbər, Eldar Əliyev, Vidadi Mirkamal, Mehman Əliyev, Gültəkin Hacıbəyli, Nurəddin Mustafayev, Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Əvəz Temirxan, Köçəri Nağıbəyli, Bəybala Əbil və Zəfər Quliyev iştirak edəcəklər.

İlkin məlumata görə toplantıda prezident seçkisində Şuranın iştirakı, Rüstəm İbrahimbəyovun Azərbaycana dönüşü və müxalifətin vahid namizəddən savayı ehtiyat namizədinin də razılaşdırılması məsələləri müzakirə olunacaq.

AzadlıqRadiosunun müxbiri hazırda Tbilisidədir və bu barədə daha ətraflı məlumatımız olacaq.

Şura öz sədri Rüstəm İbrahimbəyovun Bakıda saxlanması ehtimalını nəzərə alaraq növbəti görüşünü Tbilisidə keçirmək qərarına gəlib.
Müxalifət ehtiyat edir ki, Rüstəm İbrahimbəyov indi Bakıya dönərsə bir neçə ildir davam edən vergidən yayınma ittihamları ilə cinayət işi əsas gətirilərək saxlana bilər. Bununla da onun Rusiya vətəndaşlığından imtina prosedurunu başa çatdırması və prezident seçkisində müxalifətin vahid namizədi kimi iştirakı təhlükə altına düşər.

Milli Şuradan bildirirlər ki, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından imtina prosedurunu başa çatdırandan sonra həbs olunmaq təhlükəsinə baxmayaraq Bakıya dönüb seçki kampaniyasında şəxsən iştirak edəcək. Son aylar o, Rusiya və Avropa Birliyi ölkələrində Şuranın fəaliyyəti ilə bağlı görüşlər keçirir.

Onun iyulun sonunda Bakıya dönüşü planlaşdırılsa da sonradan təxirə salınıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG