Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:15

Bu gün Tbilisidə Milli Şuranın toplantısı gözlənilir


İsa Qəmbər və Rüstəm İbrahimbəyov
İsa Qəmbər və Rüstəm İbrahimbəyov
Toplantıda şuranın sədri və müxalifətin prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov da iştirak etməlidir. Görüş axşam saat 17-də Vere Palace” otelində keçiriləcək.

Görüşdə həmçinin Milli Şuradan Eldar Namazov, İsa Qəmbər, Sülhəddin Əkbər, Eldar Əliyev, Vidadi Mirkamal, Mehman Əliyev, Gültəkin Hacıbəyli, Nurəddin Mustafayev, Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Əvəz Temirxan, Köçəri Nağıbəyli, Bəybala Əbil və Zəfər Quliyev iştirak edəcəklər.

AzadlıqRadiosunun müxbiri hazırda Tbilisidədir və bu barədə daha ətraflı məlumatımız olacaq.

Qeyd edək ki, bir çox müxalifət qüvvələrinin birləşdiyi Milli Şura mayın 28-də yaradılıb.
XS
SM
MD
LG