Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:22

Moskva bazarlarının «Qafqaz əsirləri» artır [VİDEO]


Moskva bazarı
Moskva bazarı
-


Rusiyanın «Ria Novosti» agentliyinin məlumatına görə, iyulun 29-da Moskva polisi açıq ticarət sahələrində (Rusiya paytaxtının bazarlarında) kütləvi saxlama əməliyyatı keçirib. Nəticədə 300-dək adam saxlanıb. Onların hamısı qafqazlılardır. Saxlananların hər hansı cinayətə bulaşıb-bulaşmadığı araşdırılacaq. Paytaxt polisi əməliyyatın yaxın günlərdə də davam edəcəyini bildirib.



Əməliyyat iyulun 27-də baş verən və geniş əks-səda doğuran olaydan qaynaqlanıb. Həmin gün Moskva polisi zorlamada şübhəli bilinən 18 yaşlı Maqomed Maqomedovu yaxalamaq üçün şəhərin «Matveyev bazarı»na gəlir. Maqomedovu avtomobilə mindirəndə onun qohumları etiraz edərək, polis işçilərinə zərbələr endirməyə başlayırlar. Bu arada etirazçılardan biri, 34 yaşlı Maqomed Rasulovun zərbəsi bir polisin alnına dəyir. Nəticədə polis baş leytenantı Anton Kudryaşov ağır kəllə-beyin zədəsi alır.



Qarışıqlıqdan yararlanan Rasulov hadisə yerindən qaça bilir. Həmin gün polis zorlamada şübhəli bilinən Maqomed Maqomedovu və etiraz zamanı xüsusi fəallığı ilə fərqlənən bir qadını həbs edir. Rasulov bir gün sonra – iyulun 28-də Moskvanı tərk etmək istərkən şəhərlərarası avtobusda yaxalanır.



İndi polis əməkdaşının həyatına sui-qəsd maddəsi ilə cinayət işi açılıb və Maqomed Rasulovu ömürlük həbs gözləyir. Olayla bağlı polis də cəzasız qalmayıb. «İnterfax» agentliyinin Rusiya Daxili İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, Moskvanın Oçakovo-Matveyevsk rayonunun polis rəisi tutduğu vəzifədən azad edilib. RF DİN mətbuat xidməti həmin idarənin bir sıra başqa vəzifəli şəxsləri barədə də araşdırmalar aparıldığını bildirib. Araşdırmaların nəticələri barədə KİV-ə əlavə məlumat veriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG