Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:34

Kişilər gəlirlərinin 20 faizini nəyə xərcləyir...


Mətbuat icmalı
Mətbuat icmalı
-

«HAKİMİYYƏT SEÇKİLƏRİN ƏDALƏTLİ VƏ DEMOKRATİK KEÇİRİLDİYİNİ NÜMAYİŞ ETDİRMƏLİDİR»

«Bizim yol» Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrlərinin iştirakı ilə başlayan seçki müzakirələrindən yazır.

Qəzet qeyd edir ki, «tədbirdə çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri Koray Targay bildirib ki, Azərbaycan hakimiyyəti seçkilərin ədalətli və demokratik keçirildiyini nümayiş etdirməlidir...».

Qəzetin yazdığına görə, MSK sədri Məzahir Pənahov buna cavab olaraq məsuliyyəti seçicinin üzərinə atıb:

«seçici siyahısı məsələsini dramatikləşdirmək yersizdir».

«...HƏRƏSİ DÜNYANIN BİR QÜTBÜNDƏN TƏLİMAT ALIR»

«Yeni Azərbaycan» qəzeti yazır ki, Milli Şurada toplaşanların hərəsi dünyanın bir qütbündən təlimat və tapşırıq alır:

«Belə ki, qurumun sədri olan qoca kinodramaturq R. İbrahimbəyov Avropa turnesinə çıxır, reneqat Eldar Namazov ABŞ-a gedir, bəzilərinin səsi Rusiyadan gəlir. Sual olunur, görəsən , onlar hansı məzhəbə qulluq edirlər? Yəqin ki, bunu cavablandırmaq çətindir. Çünki hərəsinin gözü bir tərəfə baxır...».

AZƏRBAYCANDA KİŞİLƏR GƏLİRLƏRİNİN 20 FAİZİNİ HARA XƏRCLƏYİR?

«Exo» qəzetinə görə, «Azərbaycan kişilərin 20 faizi gəlirlərinin 20 faizini alkoqola və siqaretə xərcləyir».

Amma qəzet Azərbaycandakı vəziyyətin Ukraynadakı səviyyəyə çatmadığını qeyd edir:

«Azərbaycanda gəlirlərin ən çoxu ət və süd məhsullarına gedir. Daha sonra kənd təsərrüfatı malları gəlir».

GÜLƏR ƏHMƏDOVA ÖLKƏDƏN 9 NƏFƏRİ ÇIXARIBMIŞ?

«Yeni Müsavat» qəzeti Gülər Əhmədovanın gizlətdiyi kompromatların Sevinc Babayevanın dosyesində olduğunu yazır. Qəzetə görə, «sabiq deputat eyni vaxtda ölkədən 9 nəfəri çıxarıbmış. Baş Prokurorluq məlumatı təkzib etmir. Şübhə var ki, həmin şəxslərdən hansılarsa iqtidardakı bir sıra məmurlara qarşı gizli dosyeləri ölkə xaricinə daşıyıb».

«Azadlıq» qəzeti yazır ki, «Ramiz Mehdiyev küncə sıxışdırılıb». Qəzetə görə, seçkilərin keçirilməsi prosesini faktiki olaraq Paşayevlər nəzarətə götürüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG