Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:43

Azərbaycan Ordusunun giziri və əsgəri vəfat edib [Yenilənib]


Azərbaycan əsgəri
Azərbaycan əsgəri
Azərbaycan Ordusunun giziri həlak olub. APA-nın məlumatına görə, hadisə ötən gün cəbhə bölgəsində qeydə alınıb. Gizir, 1989-cu il təvəllüdlü Kainat Məhəmmədəli oğlu Abdullayevin Ermənistan silahlı qüvvələrin gülləsinə tuş gəldiyi bildirilir. O, aldığı güllə yarasından vəfat edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Nazirlikdən AzadlıqRadiosuna bildiriblər ki, hadisə dünən saat 20:45-də Tərtər rayonunun Çaylı kəndi yaxınlığında N saylı hərbi hissəsində baş verib.

ƏSGƏR GÖLDƏ BOĞULARAQ ÖLÜB

Azərbaycan Ordusu daha bir əsgərini itirib. Müdafiə Nazirliyinin Bakı yaxınlığındakı «N» saylı hərbi hissənin əsgəri Məmmədov Cavid Samir oğlu göldə çimərkən boğularaq öldüyü bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.
XS
SM
MD
LG