Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:16

«ABŞ səfirliyinə hücum olmayıb, yaralı da yoxdur»


Ehsan Zahidov
Ehsan Zahidov
-
İyulun 29-da bəzi saytlar Daxili İşlər Nazirliyinin əməkdaşı Asif Salahov ABŞ səfirliyində xidmət aparan zaman Vüsal Səfərov və onun həmyaşıdı İlqar Tağıyevin posta hücumu haqda məlumat yayıblar.

Məlumatda deyilir ki, sərxoş gənclər Asif Salahovu və onun post yoldaşı Şəmil Babayevi nalayiq sözlərlə təhqir ediblər:

«Sonra da postda olan stəkanı sındıraraq polis nəfərlərinə əl nahiyələrindən xəsarət yetiriblər. Polis əməkdaşları xəsarətlə DİN-in hospitalına yerləşdiriliblər».

ABŞ-ın Azərbaycandakı səfirliyindən söylədilər ki, bununla bağlı istintaqı yerli hüquq-mühafizə orqanları aparır və suallarımızı onlara ünvanlamağı məsləhət gördülər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ehsan Zahidov AzadlıqRadiosuna bildirib ki, səfirliyə və ya onu mühafizə edən yerli polisə hücum olmayıb, yaralanma haqda deyilənlər də yalandır:

«Bu xəbər kökündən yalandır. İyulun 20-də saat 18:30-da Süleyman Rüstəm küçəsindəki çayxanada (bu çayxana səfirliyin yaxınlığında yerləşir) iki sərxoş dalaşıb, hay-küy salıblar. Ərazidə iş başında olan Post Patrul Xidmətinin əməkdaşı da ictimai yerdə xuliqanlıq edən həmin şəxsləri polis bölməsinə aparıb. Faktla bağlı cinayət işi qaldırılıb. ABŞ səfirliyinə hücum olmayıb, yaralı da yoxdur».

Ehsan Zahidov hadisəni törədənlərin Vüsal Səfərovla İlqar Tağıyev olduğunu bildirib.
XS
SM
MD
LG