Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:29

Milli Şura üzvü saxlanıb


-
İyulun 28-də gecə saatlarında Milli Şuranın Ukraynadakı təmsilçisi Yalçın Qəhrəmanoğlu aeroportda saxlanıb.

Bu haqda AzadlıqRadiosuna onun qohumu Sabir Binnətli bildirib.

Yalçın Qəhrəmanoğlu Ukraynadan ailəsi ilə Azərbaycana gəlirmiş.

Sabir Binnətli qohumunun saxlanması haqda onlara dəqiq məlumat verilmədiyini söyləyib:

«Gah dedilər onu banka borcu olduğuna görə saxlayıblar, gah dedilər keçmiş həyat yoldaşı alimentlə bağlı ondan şikayət edib. Bu adam neçə ildir Azərbaycanda yaşamır, onun banka neçə borcu ola bilər? Həyat yoldaşı haqda deyilənlər də yalandır. Axırda dedilər ki, biz heç nə bilmirik, saxlamaq haqda əmr yuxarıdan verilib».

Sabir Binnətlinin dediyinə görə, səhər saatlarında Yalçın Qəhrəmanoğlu ona zəng vuraraq Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparıldığını bildirib.

Sabir Binnətli vəkil Mənsum Bayramovun hazırda MCQMİ-də olduğunu deyir.

Nazirlikdənsə AzadlıqRadiosuna bildirdilər ki, mətbuat xidmətində bu haqda məlumat yoxdur.
XS
SM
MD
LG