Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 09:59
Suriyanın hökumət qoşunları Homs şəhərindəki Xaldiyeh rayonunu ələ keçiriblər.
Bu rayon üsyançıların əsas dayaq məntəqələrindən biri idi.


Suriya ordusu bir ay bundan əvvəl şiə qrupu olan Hizbullahın köməyi ilə bu rayona hücuma keçmişdi.

Üsyançılar Homs şəhərini inqilabın paytaxtı adlandırırlar. Bu şəhər Dəməşqlə ələvilərin yaşadığı Aralıq dənizi sahillərini birləşdirən yolun üstündə yerləşir. Qeyd edək ki, prezident Bashar Assad da ələvidir. Amma şəhərin bir neçə rayonu hələ də üsyançıların əlindədir.

2 ildən çoxdur ki, Suriyada gedən vətəndaş müharibəsində azı 100 min adam ölüb.
Üsyançılar Bashar Assadın istefasını tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG