Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:57

Açıq hava altında ictimai kitabxana


-
«Belə layihənin əsas məqsədi kitab oxuma vərdişini aşılamaq, kitabları oxucular üçün əlçatan etməkdir».

Bu sözləri «Flashmob»un qonağı olan «Şəffaf bilgi qutusu»nun yaradıcılarından Müşfiq Rəsul deyir.

«OL!» Hərəkatının «İctimai Fəallıq» layihəsinin davamı olaraq yaradılan açıq kitabxana Bakıda, Süleyman Rüstəm küçəsi, 35 ünvanında yerləşir.

Müşfiq Rəsul deyir ki, kitabxana daimi o ünvanda olacaq, zaman keçdikcə isə müxtəlif yerlərə də qoyulacaq. Kitablar oxuculara 2-3 həftəlik verilir, oxucular «Facebook» vasitəsilə və bilgiqutusu.wordpress.com-da yerləşdirilmiş kataloqdan xəbərdar ola bilərlər:

«Kitabları alarkən çalışırıq ki, yeni nəşr olunmuş kitablar, yeni tərcümələr olsun, kitabxanalarda olmasın. Həmçinin, kitabxananı yerləşdirdiyimiz icmadakı insanlar üçün də sorğu hazırlamışıq və onlardan da öyrənəcəyik ki, hansı kitablar istəyirlər».

«QIRAQLARA GETMƏK LAZIMDIR»

Kitab həvəskarları Nurlan BabazadəƏli Qasımov deyir ki, bu tip kitabxanalar nə qədər mərkəzdən kənarlarda olsa, o qədər insanları oxumağa həvəsləndirər:

«Hər şeyi mərkəzə yığanda balans pozulur. Mərkəzdə hər şey var, qıraqlara getmək, insanların gözlədiyi yerlərdə olmaq lazımdır ki, kitab oxumayanlar da həvəslənsin. Metrolarda, avtobuslarda da ola bilər belə kitabxanalar».

Gənclərin fikrincə, belə kitabxanalarda əsasən, kiçik həcmli kitablar olmalıdır.

Əli Qasımov insanların kitab oxumadığı barədə deyilənlərlə razılaşmır:

«Deyirlər, kitab oxuyan yoxdur. Bu fikrilərlə razı deyiləm. Mən kitab satmışam. Elə gün olub ki, 200-ə yaxın kitab satmışıq. Gözümlə görəndən sonra deyilənlərə inanmıram, normal kitab oxunur. Məncə, qaydasındadır hər şey».

«KİTABLARIN DİZAYNI ZƏİFDİR»

Nurlan Babazadə isə deyir ki, əsas məsələ kitab oxumağı yox, hansı kitabı oxumağı təbliğ etməkdir:

«Mən oxucuların sayından, kütlədən narazı deyiləm, bəzi hallarda keyfiyyət məsələsi narazı olmağa zəmin yaradır. Yaxşı kitablar tərcümə olunmalıdır. Belə olanda isə yük nəşriyyatların üzərinə düşür. Dizayn da kitabda vacib elementdir mənim üçün. Çünki dizayn vitrində alıcını cəlb edir, ictimai yerdə oxuyanda, kimdəsə maraq yarada bilir. Bizim son kitablarda kopyalama həddən artıqdır. Üz qabığı xarici kitablarla eynidir, təkcə şrift dəyişir. Dizayn mövzusunda Türkiyə, Rusiya, İngiltərədə çap olunmuş kitabların üz nəşri daha kreativdir».

Əli Qasımov da deyir ki, kitabların dizaynı onu qane etmir:

«Mənə görə, dünyanın ən böyük oğurluğu əmək oğurluğudur. Yeni bir şey ürətməmək bərbaddır, nəşriyyatlar donub qalıblar. Amma bu gün Beqbederin bir kitabını gördüm, dizaynı normal idi, hiss edirəm ki nəsə yaranır».

Müşfiq Rəsulun fikrincə, kitablarda əsas içərikdir, amma dizayn da önəmlidir. Ancaq dizaynın pulu da kitaba sərf olunan xərclərin üstünə gəldiyi üçün satışda nəzərə alınır:

«Bizdə kitabların dizayn işi tam formalaşmayıb. İndi bir neçə nəşriyyat var. Aralarında rəqabət olmadığı üçün diqqət yetirmirlər dizayn işinə».

Verilişi tam olaraq burdan dinlə:

XS
SM
MD
LG