Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:12
-
İordaniya kraliçasına «Nizami Gəncəvi Beynəlxalq Mükafatı» təqdim edilib.

Mədəniyyət və Turizm İdarəsinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə istinadən yaydığı xəbərə görə, kraliça bu münasibətlə Vaşinqtonda qəbul verib.

İordaniya Kraliçası Ülyahəzrət Nur Azərbaycan prezidentinin himayəsi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən Bakıda təşkil olunan «Cənubi Qafqaz Forumu»nda iştirak etməsindən son dərəcə məmnun qaldığını deyib.

«Bakıda qədim memarlığın qorunması və müasir tikililərin keçmişi özündə əks etdirməsi məni valeh edib» - deyə Ülyahəzrət bildirib.

İordaniya Kraliçası Ülyahəzrət Nur Nizami Gəncəvinin qeyri-adi şair olduğunu, əsərlərinin bu gün də aktuallığını itirmədiyini deyib.

Nizami Gəncəvi yaradıcılığının təkcə Azərbaycanla yox, bütün dünya ədəbi fikir tarixi ilə bütövləşdiyini qeyd edən Kraliça Nur dahi şairin mədəniyyətlərarası anlaşmaya böyük töhfələr verdiyini bildirib.

İordaniya Kraliçası Ülyahəzrət Nur diqqətə çatdırıb ki, bu gün Mərkəzin təşəbbüsü ilə müsəlman dünyasının ən nüfuzlu elm və mədəniyyət siması sayılan İsmail Seragəldinin Nizami Gəncəviyə həsr etdiyi «The Poetry of the Magnificent Sage» kitabı və DVD-ni görmək çox sevindiricidir, təqdirəlayiqdir. Çünki bu, daha böyük kütlənin Nizamini anlamağına kömək edəcək.

«Nizami Gəncəvi Beynəlxalq Mükafatı»nı almaqdan çox təsirləndiyi bildirən İordaniya Kraliçası Ülyahəzrət Nur Mərkəzin Fəxri üzvü kimi bundan sonra da qurumun inkişaf etdirilməsi üçün Qəyyumlar Şurasının digər üzvləri ilə birgə bütün dəstəyini və təcrübəsini istifadə edəcəyini bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG