Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:05

Daha çox da çiçək sevindi sənə çiçəyim dediyimdə!


Arğın Çağdaş
Arğın Çağdaş
-

Arazın o tayından


Arğın Çağdaş


ŞEİRCİKLƏR


Nə biləydim gedəcəyini
Yalnızlığımın da payını götürərdim

*

Daha çox da çiçək sevindi,
Sənə çiçəyim dediyimdə!

*

Bilirsənmi? Dedim
Tez kəsdi ki: “bilirəm sevirsən”
Oysa, ayrı bir şey deyəcəkdim
Unutdum

*

Dönməyəcəyini demişdi
Nə olsun
Bir gün heç getməyəcəyini də demişdi
Nə olur nə olmaz

*

Saçına taxacağımı söyləsəm
Hamisi da qoparılmaq istər
çiçəklərin

*

Sənin qədər olmasa da
Bir baxışı sənə bənzər hər kəsin
Ama hər kəs də getmək istər
Sənin qədər olmasa da

*

Mənim də yalanlarım oldu
"Soyuğum deyil" dedim örnəyin
Alıb jaketimi geydin
Üşüyürdün

*

Hələ bir çoxu da nəsib-qismət adıyla ört-bas olunar
vəfasızlıqların!
XS
SM
MD
LG